23:27 15.09.2019 1636

Bordin səbəb tapmadı: "İstək çatmadı..."

"İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istədiyimiz ritmdə çıxış etmədilər”.


Fanat.Az xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ”ın qonağı olan "ağ-qaralar” meydanı məğlub tərk edib – 0:2.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Müdafiədə yaxşı oynadığımız zaman qol buraxdıq. Hesa 0:1 olarkən imkanlarımız oldu, istifadə edə bilmədik. 0:2-dən sonra artıq tamamilə irəli atıldıq, rəqib əks-hücumlara imkan qazandı. Hətta bundan sonra da qol şanslarımız oldu. "Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə ərzində yüksək tempdə oynamaq lazımdı. Komandamız hər dəfə qol buraxandan sonra yaxşı oynamağa başlayır. Bunun da səbəbini bilmirəm”.

- Komandanızın hər künc zərbəsi zamanı Beqoviç topu rahatlıqla götürürdü. Alternativ variantınız yox idi?
- Biz də hava toplarını rəqib qapıçısına vermək istəməzdik. Başla zərbələrimiz də oldu.

- Siz də daxil olmaqla, "Qarabağ”ın ilk 4 turda məğlub etdiyi bütün komandalar bu komandanın gücünü qabardır. Sizinlə 2-3 ilin komandaları arasında fərq yoxdu?
- Bunu demək normaldı. Çünki "Qarabağ”ın gücünü bilirik. Həm büdcə, həm də statistika baxımından güclüdülər.

- Düşünmürsünüz ki, "Neftçi”dəki uğursuzluq karyeranıza zərbədi və radikal addımlar atmalısınız?
- Mənim məşqçilik və ya futbolçuluq karyeramı bilirsiniz? Mən peşəkaram, komandam qələbə də qazanar, məğlub da olar.

- Məğlubiyyətin konkret səbəbini demədiniz, "Qarabağ”ın gücündən danışdınız. Belə çıxır ki, "Neftçi”nin çempionatda hədəfi dəyişib?
- Keçənilki hədəf kimi, yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə çempionluq əldən getdi. Halbuki yaxşı mübarizə apardıq. Bu mövsüm bəzi xal itkiləri o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəlki vaxta qayıtsaq, "Arsenal”a qarşı ən yaxşı oyunumuzu göstərdik. Həmin komandanı, həmin gücü qaytarmağa çalışıram. Komandamda bu gün istək çatmadı.

- Düşünmürsünüz ki, 2 hücumçulu taktikaya tez keçdiniz?
- Deməzdim sırf 2 hücumçu ilə oynadıq. Dabo ilə Rauf tez-tez Miçeli bağlamağa çalışırdı. Hücum baxımından isə buna məcbur idim. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X