"Həmvətənlərimi salamlayıram. "Sevilya" kimi komandaya qarşı oynamaq xoşdu. Mövsümün sonunda məşqçilərini dəyişmişdilər. Heyətlərində dəyişiklik edib, daha güclü futbolçular aldılar. Bizim də onlara qarşı arzularımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq”.
Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Miçel Madera "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.
"Qarabağ"ın heyətində hazırda 3 ispan futbolçu var. Bəs onlar öz aralarında bu oyunla bağlı söhbət edibmi? Bununla bağlı danışan Miçel "Üç gün əvvəl çempionat matçımız var idi, oyuna köklənmişdik. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Doğma azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq" deyib.
İspnaiyada çıxış etdiyi zaman "Sevilya”ya qarşı oynayan Miçel bu komanda ilə bağlı xatirələrinin olduğunu bildirib: "Bu, illər öncə olub. "Sportinq Xixon” və "Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar olub. Çempionlar Liqasında oynamağa can atan komandadı.
Fanat.Az