"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları oyundan yazıb.
Fanat.az xəbər verir ki, 32 yaşlı qolkiper "Twitter" hesabında azarkeşlərə təşəkkür edib:
"Dünən axşam möhtəşəm komandaya qarşı oynadıq və ağır məğlubiyyət aldıq. Hələ qarşıda çox oyun var, biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".
Fanat.Az