16:56 24.09.2019 5285

Gecikən qapaz

5 tur geridə qaldı... Xal fərqi 10-a yüksəldi... Ötən mövsüm son illərin dəyişməz çempionuna – "Qarabağ”a "diş qıcayan” "Neftçi” hazırkı "futbol ili”ndə dişləri tökülmüş zombini xatırladır.


"Ağ-qaralar”ın oyun planında niyə axsadığını incələmək ayrıca yazı mövzusudu. Hərçənd hədəfindən 5 tura qopan bakılıların problemlərinə Roberto Bordin və onun futbolçuları prizmasından yanaşmaq naxırı itirib dananı axtarmağa bənzəyər.

 

Əlbəttə, klubda işlərin arzulanan səviyyədə getməməsi komandanın nəticələrində əksini tapır. Amma böyük işlər üçün olmadığı Azərbaycana gəlməmişdən bəlli olan italyanı və haqq etmədiyi paraları qazanan oyunçuları tənqid atəşinə tutmaq səriştəsiz idarəçilərin üzünə pərdə çəkmək anlamına gələr. 10 xallıq fərqi 10 metrlik uçurum bilmək zəruridi. Düzdü, hələ uzun marafonun sonuna çox var. Futbolda yaxşı başlamadan yaxşı sonluğa qovuşanları az görməmişik. Amma çoxsaylı faktların geyim dəstlərindən başqa heç nəyi "Neftçi”ni xatırlatmayan kluba aidiyyatı yoxdu.


Nə yazıq ki, vəziyyət Roberto - Cilberto dəyişikliyi ilə düzələn deyil. Heç bu gün Baqali Dabonun, Stiven Jozef - Monrozun və başqa faydasız legionerlərin ayaqlarında problem yarandığını qabartmaq olmaz. Böyük pullar qarşılığında heyətə qatılan Vild-Donald Geryenin son oyunun 34-cü dəqiqəsində "qırmızı” alması belə fərqli yanaşma tələb edir. Yəni klubun xəstəliyi ayaq yox, baş xəstəliyidi. Mövsümün boşa getməsinin, büdcənin havaya sovrulmasının qarşısını almaq istəyənlər tumar çəkdikləri başa qapaz endirməyin yeganə çıxış yolu olduğunu anlamalıdılar.


Əslində gözlənilməz nəsə baş verməyib. Əvvəlki yazılarımızda da "Qarabağ”ın ötən mövsümkü halların təkrarlanmasına şərait yaratmayacağını, idman prinsiplərinə dəfələrlə tüpürən "Neftçi” rəhbərliyinin xislətini nəzərə alacağını yazmışdıq.


Şübhəsiz, cılız ürəklərə qarşı böyük planlar cızmağa ehtiyac qalmadı. Davamlı olaraq avrokubokların qrup mərhələsində oynamağı öyrənən "ağdamlılar” sadəcə öz işini daha yaxşı görməyə, ilk turlardan güzəştsiz mübarizə aparmağa başladı. Nəticədə 2018/19 mövsümündə əsas rəqibə bənzəyən "Neftçi” 5 tura zərərsizləşdirildi. Bəli, bu qədər asanlıqla...


"Sumqayıt”dan "götürülüb” ölkənin ən qocaman klubuna "yerləşdirilən” Kamran Quliyevin SOCAR-dakı "dayday”ının - Mikayıl İsmayılovun hesabına tutduğu postda daha artığına nail ola bilməyəcəyi göz qabağındadı. Baxdığını görməyi bacaranlar "sədaqətli kadr”ın istefasının vacibliyini dərk edir. Gec və ya tez çiyninə görə olmayan yükün altına salınan adam hər kəsin eşidəcəyi xırçıltıyla şpaqat açacaq... "Ağ-qara vulkan” yenə püskürəcək, aləm bir-birinə dəyəcək, köhnə küllər süpürüləcək... Ziyanın yarısından qayıtmaq daha yaxşı olmazmı?


ARDNŞ-dəki himayədarın gözləmə mövqeyi tutmasına toxunmadan yazını bitirmək ən azı Quliyevin tribunalardan didərgin saldığı fanatlara hörmətsizlik olar. "Yuxarılar”ın "yatmasının” səbəbi yetərincə qaranlıqdı. "Neftçi” boyda camiəyə rəhbər təyin edilmiş başqan hər naşı addımı ilə himayədarlarını qınaq obyektinə çevirirsə, ona güvənənlərin imicini ləkələyirsə, məntiqlə, ilk növbədə vitse-prezident Mikayıl İsmayılovun özü narahatlıq keçirməlidi. Axı "Neftçi” xalqın "qara qızıl”ından dövlətə gələn gəlir hesabına "qidalanır”.


Adam aldana, səhvən güvənə, yanıla bilər. Ancaq potensialı göz önündə olan birinə bu boyda meydan vermək ya biganəlik, ya da biçarəlikdi.


P.S. Müşahidə Şurasının sədri Çingiz Abdullayev yanıldığının, aldandığının fərqinə varıb. O, ötənilki eyforiya dolu çempionluq arzusundan fərqli olaraq indiki mövsüm ərəfəsində 192 kitabını oxumuş israilli ilə şəklini paylaşıb.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X