12:34 25.09.2019 2540

1:7 - millimiz

Sərlövhədə səhv getməyib. Yazının başlığı U-17 millimizin Belarus yığması ilə keçirdiyi 2 yoxlama oyununun nəticələrinə görə belə seçilib. Sentyabrın 11-dən Bakıda Vüqar Məmmədin rəhbərliyi altında toplaşan "17-lər" bəyaz ruslarla yoxlama oyunlarının hər ikisində məğlub oldular - 1:4, 0:2. Ümumi hesab 1:6 edir. Bəs, buraxılan 7-ci qol? Yazının sonunda biləcəksiniz...

Təkrar biliyin anasıdı

Avqustun sonlarında Ukraynada Viktor Bannikovun xatirəsinə həsr olunmuş turnir keçirildi və həmin turnirdə iştirak edən U-17 millimiz 8 komanda arasında 7-ci yeri tutdu. Ən üzücü məqam qrup mərhələsində hər 3 oyunda məğlub olmağımız deyildi. Yoxlama oyunlarında əsas məqsəd müxtəlif eksperimentlər aparmaqla komandadakı çatışmazlıqları üzə çıxarmaq və onları qısa zamanda aradan qaldırmaqdı. Üzücü məqam baş məşqçinin buraxdığı kobud səhvlər idi və bu barədə "Məmməd və komandası" sərlövhəli yazıda geniş bəhs etmişəm. Zamanında həmin yazıda qeyd olunanlara yenidən qayıdacağıq. Bakıdakı toplanışda və Belarusla oyunlarda gözləmək olardı ki, Vüqar Məmməd həmin səhvləri bir daha təkrarlamaycaq. Təəssüf! Bu dəfə də eyni səhvlər və yeniləri...

Birincisi, təcrübə göstərir ki, hansısa mötəbər və vacib turnirə 3-4 ay qalmış baş məşqçi həmin turnirə aparacaq namizədləri müəyyənləşdirir və yoxlama oyunlarında komandanın "onurğa sütunu"nu müəyyən etməklə futbolçulara taktiki fəlsəfəsini aşılayır. Vüqar Məmməd isə toplanışa 2 ay qalmış hələ də təcrübə aparmaqla məşğuldu. Belə olmasaydı, düşərgədə 2004-cü il təvəllüdlü 5 futbolçu olmazdı. Doğrudur, öz yaş qrupunda böyük potensial vəd edən 16 yaşlılar təmsil olunduqları klubların yuxarı yaş qruplarında çıxış edirlər. Amma Avropa çempionatının ilkin qrup mərhələsinin startına 2 aydan da az vaxt qaldığı bir məqamda U-17 millisində 16 yaşlı futbolçunu yoxlamağın yeri yox idi. Üstəlik, nəzərə alaq ki, sentyabrın 15-dən 20-dək Bakıda Miloş Velebitin rəhbərliyi altında 2004-cü il təvəllüdlü futbolçuların da toplanışı oldu və məşqləri  izləməklə, yoxlama oyunu keçirməklə futbolçuların U-17-ə lazım olub-olmadığı müəyyənləşdirmək mümkün idi. 16 yaşlılar nə qədər istedadlı olsalar da, onların mövqeyində çıxış edən və milliyə layiq 17 yaşlı xeyli futbolçu var. Bundan başqa, iyunda Bosniya və Hersoqovinadakı, avqustda isə Ukraynadakı turnirlərə aparılan bir neçə futbolçu bu dəfə millidən kənarda qaldı. Deməli, baş məşqçini qane etməmişdilər. Onların yerinə başqa 17 yaşlı futbolçularımız ola-ola, 16 yaşlıların yoxlanışa çağırılması nə dərəcədə doğru idi?


Vüqar Məmməd

Məsələn, mərkəz müdafiəçisi mövqeyində çıxış edən "Keşlə"nin futbolçusu Rəşad Həsənov potensiallı futbolçudu. Ehtimal edək ki, əvvəlki toplanışlara cəlb olunan Rəşad Vüqar Məmmədin etimadını doğrultmayıb. Onun əvəzinə milliyə dəvət alan "Sabah"lı Fərrux Fərzəliyev doğru seçim idi. Amma Məmməd 2 oyunda Fərruxa cəmi 4-5 dəqiqə oynamaq imkanı verdi. Bu məqamda "Məmməd və komandası" yazısındakı gülməli, eyni zamanda, təəssüf hissi doğuran faktı yada salaq. Bannikov turnirində Ukrayna ilə oyunda hesab 2:4 olarkən və matçın son dəqiqəsi gedərkən Vüqar Məmməd meydana "Zirə"nin futbolçusu Vüsal Əliyevi buraxdı. Cəmi 14-15 saniyə sonra matç başa çatdı.


Tanıdığım və bu barədə danışdığım məşqçilərin heç biri belə əvəzetmənin nə məqsəd daşıdığını açıqlaya bilmədi. Güman edək ki, baş məşqçi "vaxtı itirib". Bəs o halda Belarusla ikinci oyunun başa çatmasına 4-5 dəqiqə qalmış və hesab 0:2 olarkən mərkəz müdafiəçisini oyuna qoşmağın nə adı vardı?

Məğlubiyyət hesabını qorumaq? Xeyr! Hürdürboylu futbolçunun hesabına rəqibin cərimə meydançasına ötürülən topları götürməklə nəsə etməyə çalışmaq? Fərrux meydanda olduğu müddətdə bir dəfə də mövqeyini tərk etmədi və hücuma qoşulmadı. Deməli, məşqçinin "fəlsəfə"si belədi.

Qeyri-adi "het-trik"

Oyunların protokoluna nəzər salsaq, toplanışa çağırılan azı 2 futbolçu ümumiyyətlə, meydana çıxmadı. Biri zədəli hücumçu Mirmöhsün Caniyev, digəri qapıçı Elgün Bayramov. Bu, həmin Elgündü ki, Vüqar Məmməd onu iyun və avqust toplanışlarına dəvət etmiş və hər ikisində səfərə aparmamaqla futbolçunu bir növ "sındırmışdı". 3-cü toplanışa da çağırılan Elgün meydanı buraxılmadı və məşqçi özünəməxsus "het-trik" etdi. Eyni zamanda, bu, Elgünə daha bir mənəvi zərbə oldu. Halbuki Məmməd çərçivəni Elgünə heç olmasa 1 hissəlik etibar edə bilərdi. Hazır deyildisə, toplanışa niyə çağırılmışdı? Elgünün əvəzinə Məmmədin milliyə gəlişinə kimi bu yaş qrupunun əsas qapıçısı olmuş "Sabah"lı Kamran Şabıyevi dəvət etmək olardı. Elgün hazır idisə, niyə oyuna buraxılmadı? Cavabsız suallardı, deyilmi?

Daha bir üzücü məqam legionerlərlə bağlıdı. Hər yaş qrupu millidə görməyə adət etdiyimiz milliləşdirilmişlər U-17 yığmamızda da var. Əvvəlki toplanışlara çağırılan rus balası Nikita Pesoçnı bu dəfə yox idi. Əvəzində Rusiyanın "Yunost" komandasından öz azərbaycanlımız Rasim Həsənov var idi. Amma oyunu göstərdi ki, artıq çəkisi olan Rasim milliyə layiq deyil. Baş məşqçi Rasimi milliyə çağırmamışdan əvvəl onun vəziyyəti barədə məlumat toplamalı idi. Fikrimcə, Rasim Həsənovun və ya hansısa 2004-cü il təvəllüdlü futbolçuların yerinə "Keşlə"nin hücumçusu Vaqif Həsənovu yoxlamaq daha yaxşı olardı. Hansı ki əvvəlki toplanışlara dəvət alıb və Elgün kimi səfərlərə aparılmayıb.

Bütün bunlar bir yana, son 1 aydakı 6 oyun göstərdi ki, Vüqar Məmməd hələ də heyəti komplektləşdirə bilməyib. Bir futbolçunu müxtəlif mövqelərdə sınamaqla, düşərgəyə yeni-yeni futbolçular cəlb etməklə vəziyyətdən çıxış yolu axtarır. U-17 yığmasının oktyabrda mərhələ öncəsi son toplanışının və yoxlama oyunları gözlənilir. Baş məşqçi bu dəfə heyətə 15 yaşlı futbolçu çağırsa, hətta, oyun başa çatandan sonra əvəzetmə etsə belə, təəccüblənmərəm. Bəlkə də etmədi. Çünki...

Baş katib Elxan Məmmədovun adamı kimi tanınan Vüqar Məmməd ona göstərilən etimadı heçə endirib. Belarusla oyunu canlı izləyən E.Məmmədov artıq  vəziyyətdən halidir. Son biabırçılıqlardan sonra Məşqçilər Komitəsi Vüqar Məmməd və aşağı yaş millilərin koordinatoru Miloş Velebitlə görüş keçirib və hesabat tələb edib. Görüşdə nələrin müzakirə olunduğundan xəbərsizəm. Dəqiq bildiyim budur ki, Məşqçilər Komitəsi Velebit və Məmmədi tərifləmək üçün çağırmayıb.

Yazının sərlövhəsindəki "1:7"dəki "buraxılan sonuncu qola" gəldikdə... Belə baş məşqçisi olan komanda həmişə oyun başlamamış hesabda 1 top geri olur.

İlqar TAĞIYEV
"525-ci qəzet"
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

Facebookdan bizi izləməyi unutmayın.
X