Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən "Caspian Cup-2019" turnirində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız Qazaxıstanla qarşılaşıb.
Hər iki komanda ilk iki turda aktivinə 1 xal yazdırdığından, bu görüş autsayderi müəyyənləşdirib. Rəqibinə 2:5 hesabı ilə yenilən komandamız turniri sonuncu pillədə başa vurub.
Qeyd edək ki, millimiz turnir çərçivəsində Rusiyaya uduzub (1:2), İranla bərabərə (2:2) qalıb.
"Caspian Cup-2019"
III tur
Azərbaycan - Qazaxıstan 2:5
Qollar: Teles Tyaqo, 26:04; Eduardo, 36:20 - Cinqiz Yesenamanov, 02:45; Teles Tyaqo, 12:30 (ö/q); Birjan Orazov, 14:08; Duqlas, 19:42, 27:27
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 2. Eduardo Borges, 3. Teles Thaqo, 8. Rizvan Fərzəliyev (k), 13. Cardoso Everton, 1. Emin Kürdov (q), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto.
Baş məşqçi: Joze Alesio Da Silva.
Qazaxıstan: 2. İqita (q), 3. Dauren Nurqojin, 4. Ariold Knaub, 14. Duqlas, 15. Azat Baliulin, 1. Salaut Bayraliev (q), 8. Dinmuhambet Suleymanov (k), 9. Albert Akbalikov, 12. Bolat Sarbasov, 16. Alişer Sarsenbaev, 17. Birjan Orazov, 20. Cinqiz Yesenamanov.
Baş məşqçi: Kaka.
Hakimlər: Yuri Neverov, Vladimir Kadıkov, Qriqori Zelençov.
Həştərxan. Zvezdnıy İdman kompleksi.
1 |
İran |
2 |
1 |
1 |
0 |
4-3 |
4 |
2 |
Rusiya |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
3 |
Qazaxıstan |
3 |
1 |
1 |
1 |
7-5 |
4 |
4 |
Azərbaycan |
3 |
0 |
1 |
2 |
5-9 |
1 |
Fanat.Az