2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəsmisi transgender və gey fanatları turnirdə fəal işirak etməyə çağırıb.
Fanat.Az xəbər verir ki, o, Qətərin bütün dinlərə, irqlərə və cinsi oryentasiyası fərqli olan insanlara yeni münasibəti bəsləyəcəiyni bildirib: "Mən bütün cinsləri, cinsi oryentasiya fərqli olan insanları, müxtəlif dinlərə sitayiş edənləri və fərqli irqlərin nümayəndələrini Qətərin ən təhlükəsiz ölkələrdən biri olduğuna inandırmaq istəyirəm. Bilinsin ki, burda hər kəs xoş qarşılanacaq".
Təşkilat komitəsi rəsmisi həmçinin cinsi azlıq nümayəndələrini müsəlman ölkəsi olan Qətərin adət-ənənələrinə hörmətlə yanaşmağa çağırıb.
Fanat.Az