Qazaxıstanın "Tobol" klubunda çıxış edən Emil Balayev yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, millimizin qapıçısı "Jetisu" ilə oyunda da (0:0) qapısını toxunulmaz saxlayaraq ardıcıl 8 oyunda qol buraxmayıb. Beləliklə, 25 yaşlı qolkiper artıq 699 dəqiqədi qol buraxmır. Bununla Emil şəxsi rekordunu yeniləyib. Bundan əvvəl onun rekordu 683 dəqiqə idi.
Qeyd edək ki, Qazaxıstan çempionatları tarixinin ən uzun seriyası Sergey Boyçenkoya məxsusdu. "Kayrat"ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qapısını toxunulmaz saxlayıb. Emil bu rekordu qırmaq üçün daha 222 dəqiqə lazımdı.
Fanat.Az