Albaniya çempionatında VI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Eltun Turabovun çıxış etdiyi "Biliş” doğma meydanda "Flamurtari” ilə qarşılaşıb.
Oyun futbolçumuzun komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Eltun Turabov meydana start heyətində çıxıb və zədələndiyi üçün 12-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Biliş” 6 turdan sonra 11 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
Fanat.Az