AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun V turundakı oyunlarla bağlı qərarlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, komandalar yenə həvəskar davranışlarının qurbanı olublar.
"Qaradağ Lökbatan” – "Qarabağ-2” və "Neftçi-2” – "Sabah-2" görüşündə xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibləri 80 manat cərimələniblər.
"Turan Tovuz”la matçın sonlarında aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan MOİK-in futbolçusu Raul Yaqubzadə 2 oyunluq diskvalifikasiya edilib, klub 160 manat cərimə olunub. Bundan başqa, MOİK oyunun video yazılışını aparmadığına görə 80 və oyunun protokolunu vaxtında tərtib etmədiyinə görə daha 80 manat cərimələnib.
Fanat.Az