Qadınlardan ibarət Azərbaycan millisinin "AVRO-2021"in seçmə mərhələsində səfərdə İspaniya yığması ilə keçirəcəyi oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadasına tapşırıb.
Matçı Paula Bredi idarə edəcək. Ona Mişel O Nil və Olivia Sneyd kömək edəcək. Dördüncü hakim funksiyasını Orla Devani yerinə yetirəcək.
Qeyd edək ki, yan xətt hakimi Mişel O Nil UEFA Super Kubokunda "Liverpul" və "Çelsi" arasında keçirilən matçda (2:2, pen 5:4) da iş başında olub.
Oktyabrın 4-də La Korunyadakı "Estadio Municipal de Riazor"da baş tutacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fanat.Az