"Qarabağ" ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın əsas heyət oyunçularından olan Qara Qarayev sıradan çıxıb. Yarımmüdafiəçi Avropa Liqasının "Düdelanj"la oyununda zədələnib.
Qaraba bu səbəbdən bu gün "Sabah"la Premyer Liqa oyununda meydana çıxmayacaq. Buna baxmayaraq, futbolçu milli komandanın toplanışına qatılacaq. Amma onun Bəhreynlə yoldaşlıq, Macarıstanla seçmə mərhələ oyunlarında oynayıb-oynamayacağı bilinmir.
Fanat.Az