"Milan"ın yeni baş məşqçisi təyin edilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Öncədən elan olunduğu kimi, bu vəzifə 53 yaşlı Stefano Pioliyə tapşırılıb. Onunla bu gün 2 illik müqavilə imzalanıb. İtaliyalı çalışdırıcının illik qazancı 1 milyon avro olacaq.
Qeyd edək ki, Pioli daha öncə "İnter", "Latsio" və "Fiorentina"da da işləyib. O, bu vəzifədə Marko Campaolonu əvəz edib.
Fanat.Az