AVRO-2020-nin seçmə mərhələsində Şimali İrlandya ilə oyun Hollandiya yığmasının müdafiəçisi Matteys de Liqt üçün əlamətdar olub.
Fanat.Az-ın xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu yığmada yeni rekord müəyyənləşdirib.
Belə ki, 20 yaşlı de Liqt 20-ci dəfə yığmanın formasını geyinib. O, Hollandiya tarixində bu saya çatan ən gənc oyunçu olub. 2017-ci ildən "narıncılar"a dəvət edilən müdafiəçi bu ilin yayında "Ayaks"dan "Yuventus"a keçib.
Qeyd edək ki, Hollandiya - Şimali İrlandiya görüşü "portağallar"ın 3:1 hesablı zəfəri ilə bitib.
Fanat.Az