La Liqada "Malyorka", Çempionlar Liqasında "Qalatasaray"la qarşılaşacaq "Real" ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun ulduzlarından Qaret Beylin bu oyunlarda meydana çıxmayacağı bildirilir. EFE-nin məlumatına görə, Uels millisinin Xorvatiya ilə oyununda (1:1) zədələnən futbolçu komandadan ayrı məşq edir və qarşıdakı matçlarda meydana çıxmayacağı dəqiqdi.
Qeyd edək ki, "Real" oktyabrın 19-da "Malyorka"nın, 22-də "Qalatasaray"ın qonağı olacaq.
Fanat.Az