21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az Ukrayna Futbol Federasiyası rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma gələn ayın 19-da Bakıda baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın gənclər yığması buna qədər "AVRO-2021"in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək. Ukraynalılar isə bundan bir gün sonra Danimarkanı qəbul edəcək.
Fanat.Az