Zlatan İbrahimoviç "Barselona"da rəhbərliyi altında oynadığı Pep Qvardiola ilə bağlı növbəti dəfə qalmaqallı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, isveçli ulduz kataloniyalı mütəxəssisin ondan qaçdığını bildirib.
"Mənimlə rəqib olduğu oyundan sonra paltardəyişmə otağına getdim. Amma o başqa otaqda mənim çıxıb getməyimi gözləyirdi. Qapıda köməkçilərindən biri ona "İbrahimoviç getdi, çıxa bilərsən" dedi. Niyə belə elədi, anlamadım" deyə İbra bildirib.
Futbolçu deyib ki, Qvardiola xaraktercə zəif insandı: "Televiziyada hər zaman özünü sərt adam kimi aparır, amma qarşılaşdığımız zaman gizlənir. Baş məşqçi olaraq fenomendi, amma adam olaraq..."
Qvardiolanı tənqid edən İbrahimoviç Joze Mourinyonu tərəfləyib: "Onunla hələ də əlaqə saxlayırıq. Karyeramda böyük əməyi var. O hələ də "xüsusi biri"di və qalib tərəfdi. Ümid edirəm ki, tezliklə işinə dönəcək. Təkrar qazanmağa başlayacağına inanıram".
Fanat.Az