"Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda "Slaviya” ilə oyunda (2: 1) vurub. Beləliklə, Messi "Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo və "Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.
Messi Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına da yiyələnib. 32 yaşlı hücumçu ilk dəfə 2 noyabr 2005-ci ildə Yunanıstan "Panatinaikos"una 5:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Hazırda aktivində 113 qolu olan argentinalı forvard yalnız Ronaldudan (127 qol) geri qalır.
Qeyd edək ki, Lionel Messi bu mövsüm Çempionlar Liqasında ilk qolunu "Slaviya"nın qapısından keçirib. Hazırda "Barselona" F qrupunda 7 xalla liderdir.
Fanat.Az