ABŞ-ın "Los Anceles Qalaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, isveçli ulduz azarkeşlərə qeyri-etik jest edib.
Hadisə "Los Anceles”lə oyundan sonra baş verib. Qarşılaşmadan sonra sevinən rəqib azarkeşlərə tərəf gedən İbrahimoviç onlara cinsiyyət orqanını göstərib.
Qeyd edək ki, İbrahimoviç həmin görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az