Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermənin qalibi "Mançester Siti"nin futbolçusu Rahim Sterlinq olub.
İngiltərəli futbolçu III turda "Atalanta” ilə görüşdə het-trikə imza atıb. Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.
Fanat.Az