Qazaxıstanın "Tobol" klubunda çıxış edən millimizin qapıçısı Emil Balayev komandasının avrokuboklara vəsiqə qazanacağına inanır.
Fanat.Az xəbər verir ki, qolkiper bu barədə "Kayrat”a məğlubiyyətdən (0:2) sonra açıqlama verib.
"Çempionat başa çatmayıb. İndiki biz avrokubok zonasından uzağıq. Amma qarşıda hələ oyunlar var və mübarizəni davam etdirəcəyik. Biz üçlüyə düşmək üçün maksimum çox xal toplamaq haqda düşünürük” deyə Emil bildirib.
Qeyd edək ki, "Tobol” 31 turdan sonra 59 xalla 4-cü yeri tutur. Ehtiyatda bir oyunu olan "Tobol"la 3-cü pillədə qərarlaşan və 31 oyun keçirmiş "Ordabası"nın xalları eynidi. Lider "Kayrat"ın 65 (31 oyun), ikinci pillədəki "Kayrat"ın 60 (29 oyun) xalı var.
Fanat.Az