Hollandiyanın "Feyenoord” klubunun baş məşqçisi Yap Stam istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis özü deyib.
"Mən çox və uzun müddət düşündüm. Sonda belə bir yekun qərara gəldim ki, getməyim həm klub, həm oyunçular, həm də mənim üçün daha yaxşı olar” deyə Yap Stam bildirib.
Qeyd edək ki, Yap Stam "Feyenoord”u bu ilin mart ayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında Hollandiya çempionatında keçirdiyi 11 oyundan sonra cəmi 14 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb. 47 yaşlı mütəxəssis əvvəllər İngiltərənin "Ridinq" və Hollandiyanın "Zvolle" klublarını çalışdırıb.
Fanat.Az