"Real” İspaniya La Liqasının 11-ci turunda "Leqanes”lə üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun uelsli ulduzu Qaret Beyl bu görüşdə meydana çıxmayacaq.İspaniya mətbuatındakı müxtəlif mənbələrdə Beylin "Real”dan ayrılaraq Londona uçduğu yazılsa da, dəqiq səbəb açıqlanmayıb.
Hərçənd Uels yığmasından zədəli dönən futbolçunun "Real” formasıyla matça çıxmağa hazır olmadığı öncədən bəlli idi.
Fanat.Az