Türkiyənin "Gənclərbirliyi"nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Hamza Hamzaoğluna tapşırılıb. Onun 2019/20 mövsümünün sonuna kimi "Gənclərbirliyi"mi çalışdıracağı bildirilib. Hamzaoğlu istefaya göndərilən Mustada Kaplanı əvəzləyib.
Qeyd edək ki, "Gənclərbirliyi" hazırda ölkə çempionatında 6 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Hamzaoğlu əvvəllər "Malatyaspor", "Eyüpspor", "Dənizlispor", "Akhisarspor", "Qalatasaray", "Bursaspor", "Osmanlıspor", "Antalyaspor" və "Ərzurumspor" kublarını çalışdırıb, Türkiyə millisində məşqçi işləyib (2013-2014). O, 2015-ci ildə "Qaalatasaray"la Super Liqanın, ölkə kubokunun və Türkiyə Super Kubokunun qalibi olub.
Fanat.Az