Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov çıxış etditi "Aue" Almaniyanın II Bundesliqasında XII turunun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Ertsgebirge təmsilçisi evdə "Haydenhaym"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. "Aue" 54-cü dəqiqədə hesabı açsa da, 89-cu dəqiqədə qapısında qol görərək, 1 xalla kifayətlənib.
Start heyətində yer alan Nazarov matçı əvəz olunmadan keçirib.
Bu nəticədən sonra 19 xalla 4-cü pillədə qalıb və 20 xalla 3-cü pillədə olan "Ştutqart"ı ən azı bir günlük keçmək imkanını qaçırıb.
Fanat.Az