Bu yay PSJ-dən "Yuventus"a transfer olunan Adrien Rabyonun Turin klubunda işləri yaxşı getmir.
Fanat.Az xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə cəmi 7 oyunda forma geyinib və 336 dəqiqə meydanda olub. Bu da fransalı futbolçunu narahat edir.
Məlumata görə, Rabyonun həm də meneceri olan anası - Veronika Rabyo artıq oğlu üçün yeni komanda axtarışına başlayıb. Futbolçu qış fasiləsində klubunu dəyişmək niyyətindədi.
Fanat.Az