Qazaxıstan Premyer Liqasında XXXII turun rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşılar arasında yer alıb. Onun komandası "Tobol" bu turda "Astana"ya 0:1 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq Emil komandasını real qoldan xilas edib və buna görə rəmzi komandaya düşüb.
Qeyd edək ki, "Tobol" çempionatda sona bir tur qalmış 4-cü pillədə qərlarlaşır.
Fanat.Az