Bu gün Avropa Liqasında qrup mərhələsinin IV turuna start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
İngiltərənin "Arsenal” klubu səfərdə Portuqaliya "Vitoria”sının qonağı olub. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Bu turun digər qarşılaşmaları isə sabah keçiriləcək. Azərbaycanın turnirdə yeganə təmsilçisi olan "Qarabağ” A qrupunda Cənubi Kipr APOEL-i ilə qarşılaşacaq.
Avropa Liqası
Qrup mərhələsi
6 noyabr
F qrupu
Vitoriya (Portuqaliya) - Arsenal (İngiltərə) 1:1
Qollar: Bruno Duarte, 90+1 - Şkodran Mustafi, 81.
Fanat.Az