Fransa millisinin sabiq üzvü Luis Saha maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu "Mançester Yunayted"də oynadığı vaxt Rud van Nistelrooyla Kriştiano Ronaldo arasındakı problemlərdən danışıb:
"Rudun eqosu çoz yüksək idi. Bütün ötürmələrin ona verilməsini istəyirdi. Həmin vaxt Kriştiano Ronaldo və Ueyn Runi hələ gənc idi. Rudun davranışları baş məşqçinin işini çətinləşdirirdi.
Van Nistelrooyla Ronaldo aralarındakı problemin həll olunması üçün Kriştianonun atasının vəfat etdiyi zamanın uyğun olduğunu düşündələr, amma bu yanlış idi. Rudun o gün söylədiyi sözlərə görə çox peşman olduğuna əminəm. O sözlər Kriştianonu ağlatmışdı".
Luis Saha Ronaldonun normal insan olmadığını bildirib: "Ronaldoya sadəcə insan demək olmaz. 18 yaşı ilə indiki vəziyyətini müqayisə etsəniz, normal insan olmadığını anlayarsınız. Onun kimi futbolçuların bu səviyyəyə gəlməsinin yeganə səbəbi istedad deyil. Onlar hər kəsdən çox çalışır".
Fanat.Az