Türkiyənin həvəskarlar liqasında çıxış edən "Esnafspor"un baş məşqçisi 56 ildi eyni adamdı.
Fanat.Az xəbər verir ki, 1963-cü ildə şəhərin kiçik biznesmenləri tərəfindən yaradılan kluba həmin vaxtdan Aziz Tokat başçılıq edir. Klub yarananda 24 yaşı olan Aziz Tokat hazırda 81 yşındadı.
81 yaşlı mütəxəssisin yetirməsi olan bir çox futbolçu Türkiyənin Super Liqa və digər liqalarında çıxış edir. "Esnafspor"un futbolçuları hər oyundan əvvəl baş məşqçinin əlini öpərək meydana çıxır.
B kateqoriyalı məşqçi lisenziyası olan Aziz Tokat hələ də işini davam etdirmək niyyətindədi.
Fanat.Az