İspaniya millisi "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, final mərhələsinə vəsiqəni bundan əvvəl təmin etmiş ispanlar Maltanı qəbul edib. Oyun meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollara Alvaro Morata, Françisko Torres, Santi Kazorla, Pablo Sarabia, Dani Olmo, Cerard Moreno və Xesus Navas imzza atıb.
Fanat.Az