Milyonçu Qlenn Tampli İngiltərənin "Romford” futbol klubunu satın alıb.
Fanat.Az xəbər verir ki, 47 yaşlı iş adamı özünü komandanın baş məşqçisi elan edib və 14 futbolçu ilə müqavilə bağlayıb. Milyonçu klub üçün yeni stadion tikəcəyini və maddi çətinlikdən çıxaracağını vəd edib.
Komandanın ilk oyununa gələn azarkeşlərə pulsuz içki vədi verən milyonçu-baş məşqçinin komandası bu matçda "Kodjeşoll Taun” klubuna 2:3 hesabı uduzub.
Fanat.Az