21:12 18.11.2019 2666

\"3D”nin Lyubası və Əzizi Azərbaycan - Uels oyununda nələrdən danışdı? - MÜSAHİBƏ

"AVRO-2020"nin "Bakcell Arena”da keçirilən Azərbaycan – Uels oyununu izləyənlər arasında İTV-də yayımlanan, son vaxtların ən çox müzakirə olunan verilişi "3D”nin qəhrəmanları da vardı.

Dadaş Dadaşlinskinin katibəsi Lyuba və onun qəbuluna düşməyi bacarmayan Əziz. Verilişin əsas qəhrəmanı Dadaş müəllim isə ortalıqda gözə dəymirdi.

Oxu.az-ın əməkdaşı oyunun fasiləsində bu ikiliyə yaxınlaşıb bəzi suallara cavab tapmağa çalışıb:

- Oyunlara belə tez-tez gəlirsiniz, yoxsa stadiondan baxdığınız birinci oyundur?
Lyuba: Birinci dəfədir ki, gəlirəm. Oyundan çox narazıyam. Soyuqdur. Mən VIP yerdə oturmaq istəyirdim.

- Bəs niyə alınmadı?
Lyuba: Çünki bileti özümüz almamışıq. Bizi dəvət ediblər.

- Bəs Dadaş müəllim niyə oyuna gəlməyib?
Əziz: İşi var idi, gələ bilmədi.

- Oyun xoşunuza gəlir, ya yox?
Əziz: Maraqlı oyun gedir. Sadəcə, bizimkilər gərək hücumun kəsərini bir az artırsınlar. Hava mübarizələrində uduzurlar. Birinci bu problemi yoluna qoymaq lazımdır.

- Siz bilirsinizmi ki, səkkiz dəfə bu komanda ilə qarşılaşmışıq və hələ də qalib gələ bilməmişik?
Əziz: Bəli, çox təəssüflər olsun. Mənə elə gəlir ki, Uelsin fiziki göstəriciləri çox yaxşıdır. Britaniya futbolu oynayırlar. Bu da bizə uyğun deyil. Onlar fiziki cəhətdən çox güclüdürlər. Bu fərq hiss olunur. Hesab bilmirəm, necə bitəcək? Amma ümidvaram ki, heç-heçə olacaq (məlum olduğu kimi görüş Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatdı).
 


- Əziz, siz verilişdə sonradan peyda oldunuz. Necə oldu ki, bu ideya yarandı?
Əziz: Mən lazım olan vaxtda peyda oldum. Dadaş müəllimin qəbuluna düşmək istəyirdim. Hələ də qəbula düşə bilmirəm.

- Qəbuluna düşüb ona nə demək istəyirsiniz ki?
Əziz: Bir çox vacib, həyati əhəmiyyətli məsələləri.

- Şəxsi məsələdir?
Əziz: Həm şəxsi, həm də ictimai məsələlər. Amma gərək onun yanına girim ki, cəmiyyət bilsin həmin məsələləri. Ümidvaram ki, mən də qəbula düşə biləcəyəm.

- Lyuba xanım, Dadaş müəllimin fəaliyyətindən bir katibə kimi razısınız?
Lyuba: O, mənim kumirimdir. Ümumiyyətlə, mən o insanı çox istəyirəm. Onun hər bir xüsusiyyətindən çox razıyam. Əzizin sözlərinə əlavə etmək istəyirəm. O, bir dəfə Dadaş müəllimin qəbuluna düşüb. Yəqin, heç kim xatırlamır. O, içəri girdi və nə demək istədiyini unutdu.

- Həyəcanlandınız deyə sözlərinizi unutdunuz?
Əziz: Bəli. İnsan olaraq onu tam başqa cür təsəvvür edirdim.

- Yəqin, onu insan cildində yox, animasiya şəklində görüncə həyəcan hissi sizi boğdu...
Lyuba: Hansı animasiya? Dadaş müəllim ona "animasiya” deyilməsini sevmir...
 


- Əsl adınız Lyubadır, yoxsa bu, verilişə görə seçilmiş addır?
Lyuba: Öz adımdır. Bizdə yalandan heç nə yoxdur. Hər şey doğrudur. Hətta Dadaş müəllim də...

- Biz bilirik ki, Dadaş müəllimin əsl adı başqadır...
Lyuba: Onu bilirdinizsə, bunu da öyrənəydiniz də...

- Dadaş müəllim daha məşhur olduğu üçün onun əsl adını mətbuat tapa bilib. Sizin haqqınızda isə heç bir məlumat yoxdur...
Lyuba: Siz onun populyarlığı haqda bilirsinizsə, onda bunu da bilməli idiniz ki, ona "animasiya” demək olmaz. O, belə deyilməsini xoşlamır.

- Onun yanında demərik bu sözü. Mən sizin yanınızda belə deyirəm...
Lyuba: Elə mən də xoşlamıram...

- Siz də xoşlamırsınızsa, deməli, müdirinizi çox istəyirsiniz... Necə oldu ki, sizə o vəzifədə işləmək təklifi gəldi?
Lyuba: Bu sualın cavabını verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, Dadaş müəllim kofeni şəkərsiz içməyi xoşlayır.

- Başqa nəyi xoşlayır?
Lyuba: Dolmanı.

- Biz gələcəkdə onu kofe içən və dolma yeyərkən görə biləcəyik?
Lyuba: Bu, nə sualdır verirsiniz? Dadaş müəllim kofe onsuz da içir... (Əziz bəhanə ilə müsahibəni burda tamamlamağı istəyir)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X