"Mançester Yunayted” problemi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubunun borcu ötən mövsümlə müqayisədə 163 milyon avro artıb. İndi klubun ümumi borcu 450 milyon avro təşkil edir.
Borcun artmasına səbəb komandanın Çempionlar Liqasından kənarda qalması olub. Gələn il "Mançester Yunayted”in gəlirinin 734 milyon avrodan 650-680 milyon avroya düşəcəyi proqnozlaşdırılır.
Fanat.Az