İranda ötən həftədən başlayan etiraz aksiyaları futbola təsir göstərib.
Fanat.Az xəbər verir ki, İran Futbol Federasiyası bəzi oyunları təxirə salıb. Bunların arasında Cənubi Azərbaycan təmsilçisi "Traktor”un noyabrın 22-də doğma meydanda "Şəhr Xodro”ya qarşı keçirməli olduğu oyun da var. Hələlik, təxirə salınan oyunların hansı tarixdə keçiriləcəyi açıqlanmayıb.
Qeyd edək ki, "Traktor” 10 turdan sonra 17 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az