"Real" və "Barselona"nın heyətinə qatmağa çalışdığı Milan Skriniar İspaniyaya köçməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Mithat Halis açıqlama verib. Onun sözlərinə görə, slovakiyalı futbolçu "Real"a keçməyə yaxındı: "Real" və "Barselona" iki ildi Skriniar üçün yarışır. Hazırda "Real" "İnter"lə anlaşmağa yaxındı. Çünki onlar Milana daha çox ehtiyac duyurlar. "Real" Serxio Ramos və Rafael Varana alternativ axtardığı üçün çox istəklidi. Skriniarin Madridə transfer olunacağını düşünürəm".
Qeyd edək ki, "İnter" Skriniarı 2017-ci ildə "Sampdoriya"dan 34 milyon avroya alıb. Cari mövsümdə 16 rəsmi oyuna çıxan 24 yaşlı stoper bir qol vurub.
Skriniar Slovakiya millisinin heyətində "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı iki oyun (5:1, 2:0 keçirib. O, noyabrın 19-da baş tutan görüşün 82-ci dəqiqəsində sarı vərəqə alıb.
Fanat.Az