Milli komandamızın və "Sabah"ın futbolçusu Bəhlul Mustafazadə İngiltərədən təklif alıb.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Sanderlend" klubu 22 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Uzun illər İngiltərə Premyer Liqasında çıxış etmiş, hazırda I liqada (League One) mübarizə aparan klubun millimizin üzvü üçün qış transfer pəncərəsində "Sabah"a təklif göndərəcəyi bildirilib. Xəbərdə həmçinin Bakı klubunun "Sanderlend"dən böyük məbləğ tələb etməyəcəyi vurğulanıb.
Qeyd edək ki, "Sanderlend" 1879-cu ildə yaradılıb. 140 yaşlı klub 6 dəfə İngiltərə çempionatının (1892, 1893, 1895, 1902, 1913, 1936), 2 dəfə Federasiya Kubokunun qalibi olub (1937, 1973).
Fanat.Az