Joze Mourinyonun yeni klubu "Tottenhem"də debütü uğurlu alınıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasının XIII turunda "Vest Hem"in qonağı olub və 3:2 hesabı ilə qalib gəlib.
"Tottenhem"in qollarına Son Hon-Min, Lukas Moura və Harri Keyn imza atıb. "Vest Hem"in heyətində isə Anqelo Oqbonna və Maykl Antonio fərqlənib.
Bu qələbə ilə xalını 17-yə yüksəldən London təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 12 oyundan 34 xalı olan "Liverpul" 1-ci, "Lester" 26 xalla 2-ci, "Çelsi" 26 xalla 3-cüdü.
Qeyd edək ki, Joze Mourinyo "Tottenhem"in baş məşqçi vəzifəsində bu ay istefaya göndərilən Maurisio Poçettinonun əvəzləyib.
Fanat.Az