Yayda Radamel Falkaonu transfer etsə də, kolumbiyalı ulduzun zədə səbəbindən oynaya bilməməsi "Qalatasaray"ın hücum xəttinə yeni oyunçu axtarışına başlamasına səbəb olub.
Fanat.Az xəbər verir ki, İstunbul klubu Mario Balotellini transfer etmək istəyir. Bu barədə İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Məlumata görə, Balotelli "Breşiya"dan ayrılmaq istəyir və bu istəyini klub rəhbərliyinə də çatdırıb. Son məşqdən kənarlaşdırılan ulduz futbolçunun Çin və ABŞ-dan istədiyi təklifləri almadığını, "Qalatasaray"a gəlmək ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, Balotelli əvvələr İtaliyanın "Lumezzane", "İnter", "Milan", İngiltərənin "Mançester Siti", "Liverpul", Fransanın "Nitsa" və "Marsel" klublarında oynayıb.
Fanat.Az