İngiltərə Premyer Liqasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, mərkəzi qarşılaşmada "Mançester Siti" "Çelsi"ni qəbul edib. Oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"nin qollarına Kevin de Bruyne və Riyad Mahrez imza atıb. "Çelsi"nin heyətində isə Nqolo Kante fərqlənib.
Qeyd edək ki, "Mançester Siti" 13 turdan sonra 28 xalla 3-cü pillədə qərarlaşıb və lider "Liverpul"dan 9 xal geri qalır. "Çelsi" isə 26 xalla 4-cüdü.
Fanat.Az