İtaliyada "Yuventus" və "Atletiko" arasındakı Çempionlar Liqasının V tur matçında daha bir maraqlı olay yaşanıb.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Paulo Dibala 45+2-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib. Argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demiralı salamlayıb. Bu qolla "Yuventus" fasiləyə öndə çıxıb - 1:0. Oyun bu hesabla bitib.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları "AVRO-2020"nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da "ay-ulduzlular" Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.
Fanat.Az