Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda ötən
gecə keçirilən "Beşiktaş”-"Slovan” matçından (2:1) sonra xoşagəlməz anlar
yaşanıb.
Fanat.Az xəbər verir ki, matçın final
fitindən sonra qonaqların baş məşqçisi "Beşiktaş” fanatlarına tərəf əllə
qeyri-etik jest edib və azarkeşləri söyüb.
Bunu görən "Beşiktaş”ın ehtiyat oyunçular skamyasında
əyləşən futbolçuları Yan Kozaka hücum çəkib. Polislər münaqişənin böyüməsinə
imkan verməyib. Kozak meydandan polisin müşaiyəti ilə çıxarılıb.
Qeyd edək ki, matçın 90+2-ci dəqiqəsində
Lyayiçin penaltidən vurduğu qol "Beşiktaş”a qələbə qazandırıb. Bu məğlubiyyətlə
Sovakiya təmsilçisi pley-offa çıxmaq şansını itirib.
Fanat.Az