Vild-Donald Geryenin "Qarabağ”ın ən ödənişli oyunçularından olduğu bəlli idi.
Bir ara adı "Tottenhem”lə də yanaşı çəkilən futbolçunun Ağdam klubundan məhz yeni müqavilə ərəfəsində pul "oxuduğuna” görə ayrıldığını bilirik.
Fanat.Az-ın məlumatına görə, "Neftçi”yə keçən haitili ilə bağlı qaranlıq məqam var.
Belə ki, ictimaiyyətə 120 min dollar qarşılığında heyətə qatıldığı açıqlanan Vild-Donald bundan 2 dəfədən də artıq qazanır. Bakı klubunun sponsoruna – SOCAR-a göstərilən məbləğ 120 min dollar olsa da...
Futbolçuyla bağlanan şəxsi müqavilədə tərəflər 250 min dollarlıq sazişə qol çəkib. Sual yaranır: Geryenin qalan pulunu SOCAR ödəməyibsə, kim və hardan verib? Təbii ki, paytaxt təmsilçisinin idarəçilərindən belə canıyananlıq ummaq absurddu. Ağlagələn yeganə variant "qara mühasibat”dır. Yəni kluba göndərilən qeyri-rəsmi pullar.
Kələfin ucunun harda düyün düşdüyünü, 130 min dollarlıq fərqin niyə yarandığını yalnız "Neftçi” rəhbərliyi izah edə bilər.
Fanat.Az