11:59 30.11.2019 1621

Elxan Məmmədova sualımız var - IV sual

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adını layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.

Fanat.az olaraq Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacaq araşdırmamızın artıq üç hissəsi yayımlanıb. (I hissə, II hissə, III hissə)

3-cü hissədən xatırlatma:

...Katiblik dünya futbolunda ciddi səlahiyyətləri olmayan əlaqələndirici orqandır. Federasiyanın strukturları arasında kargüzarlıq, sənədləşmələrin nizamlanması prosedurunu həyata keçirir. Ona görə də baş katib konfransda seçilmir, Icraiyyə Komitəsində təklifə uyğun üzvlər tərəfindən təsdiq edilir. AFFA reallığında vəziyyət necədir? Qanuna uyğun prezidentin olmadığı vaxtlarda səlahiyyət birinci vitse-prezidentdə olur. Reallıqda isə baş katibə AFFA-da prezident kabineti də həvalə edilib. İcraiyyə Komitəsinin əksər üzvlərinin də vəzifə sahibləri olduğunu nəzərə alsaq, mənzərə tam aydınlaşar. AFFA-da faktiki rəhbər şəxs baş katibdir.
 
Çox vaxt Elxan Məmmədovun niyə bu qədər tənqid olunduğu müzakirəyə çıxarılır. Konfransdan-konfransa əsas söz sahibinə çevrilən İcraiyyə Komitəsi katibliyə müstəsna səlahiyyətlər verib və bu anormallıq qanunlaşdırılıb. Mövcud durum AFFA-da iş başında olmayan assosiasiya rəhbərliyi üçün də münasibdir. Fürsətdən yararlanan Elxan Məmmədov AFFA-nın bütün sahələrini ələ keçirib…

Sual:

Dövlət Proqramı tətbiq edilən vaxtdan - 2005-ci ildən sponsorlar futbola cəlb edilməyə başladı. Yeni klublar yaradılır, hazır klublarda isə infrastruktur müasirləşdirilirdi. Strateji xətt də doğru idi.  Bakı ilə yanaşı bölgə klublarına da üstünlük verilirdi. Müstəqillik dövründə hələ bu sayda imkanlı komandalar olmamışdı. Proqram çərçivəsində qəbul edilən qərarlara  çox ciddi və həvəslə yanaşıldığı açıq-aşkar görünürdü. Qalırdı ölkə futbolunun nizama, necə deyərlər, relsə salınması.

Gözləntilərin əksinə olaraq, qısa vaxtdan sonra klublar bir-bir dağılmağa başladı.  İqtisadi böhrandan da söhbət gedə bilməzdi. Yeni stadionlara, bazalara qovuşmuş "Karvan", "MKT-Araz" kimi klublardan başlayaraq futbolumuzu amansız fırtına - çöküş dalğası bürüdü. Hiss olunurdu ki, futbol strukturunda, idarəetməsində böyük boşluqlar var. Sonrakı proseslər, klubların kütləvi şəkildə sıradan çıxması, iqtisadi böhranla yanaşı  futbol böhranının da qorxunc hala gəldiyini göstərirdi. Niyə dövlət dəstəyi ola-ola, inkişafları üçün bütün  imkanlar yaradılan klublar dağılsın? 

2007-ci ildən AFFA rəhbərliyində strateji post tutan, Icraiyyə Komitəsi tərəfindən görünməmiş, geniş səlahiyyətlər verilən, futbol idarəetməsini, layihələrin hazırlanmasını həyata keçirən baş katib Elxan Məmmədova növbəti sualımız var. 

Sizin səlahiyyət sahibi olduğunuz dövrdə  yeni yaranmalarına baxmayaraq klubların sürətlə dağılması səbəbləri nə idi,  nə baş verdi?

Əli Sahib
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X