Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, "AVRO-2020"nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edəcəklər.
Fanat.Az