İspaniya La Liqasında XIV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə "Barselona" doğma meydanda "Atletiko" ilə qarşılaşıb. Matç Kataloniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 86-cı dəqiqədə Lionel Messi imza atıb.
Bu qələbə ilə xalını 31-ə çatdıran Ernesto Valverdenin komandası turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. "Real" 31 xalla 2-ci, "Sevilya" 30 xalla 3-cüdür.
Fanat.Az