Türkiyə Superliqasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Trabzonspor" - "Qalatasaray”ı qəbul edib. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Hesabı 51-ci dəqiqədə meydan sahiblərindən Aleksandr Sorlot açıb. 90-cı dəqiqədə Yuto Naqatomo bərabərliyi təmin edib.
Qeyd edək ki, 13 turdan sonra "Trabzonspor" 23 xalla 3-cü, "Qalatasaray" 20 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.Az