İngiltərə Premyer Liqasında XV turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bir qədər əvvəl başa çatan görüşdə "Mançester Yunayted” "Tottenhem”i qəbul edib.
Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Mançester Yunayted”in heyətində Markus Raşford dubl edib. "Tottenhem”in qoluna isə Deli Alli imza atıb.
Bu, London klubunun baş məşqçisi Joze Mourinyonun sabiq komandasına qarşı ilk oyunu olub.
Fanat.Az