Bu gün ölkə kubokunun 1/8 final mərhələsində “Araz”ın qonağı olacaq “Simurq” dünən Naxçıvanda məşqə çıxıb. Fanat.az xəbər verir ki, günorta saatlarında Muxtar Respublikaya təşrif buyuran Zaqatala təmsilçisi qarşılaşmanın oynanılacağı stadionda sonuncu hazırlıq işlərini görüb.
Bir saata yaxın davam edən məşqdə qapıçılar Pavel Kapsa və Amil Ağacanov qapıçılarla işləyən məqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıq keçib. Digərləri isə isinmə hərəkətlərindən sonra iki qruppaya bölünərək “kvadrat” oynayıb. Bundan sonra ikitərəfli futbol oynanılıb. Sonda isə qapıya zərbələr və cinahlardan asmaların qapanması yerinə yetirilib.
Fanat.az