Türkiyə Super Liqasında XIV tur başlayıb.
Fanat.Az xəbər verir ki, turun ilk oyununda "Fənərbaxça” öz meydanında "Gənclərbirliyi” ilə görüşüb. Qonaqlar erkən qolla hesabı açsalar da, sonda darmadağın olublar - 5:2.
"Fənərbaxça"nın heyətində Vedat Muriqi dubl edib, Luis Qustavo, Ferdi Kadioğlu və Maks Kruze hərəyə bir qol vurub. "Gənclərbirliyi"nin qollarına isə Covanni Sio və Boqdan Stanku imza atıb.
Qeyd edək ki, "Fənərbaxça" 14 turdan sonra 25 xalla 2-ci, "Gənclərbirliyi" 14 xalla 13-cü pillədə qərarlaşıb.
Fanat.Az